Daxili İşlər Nazirliyində yeni təyinat olub.

Unikal.org xəbər verir ki, daxili işlər naziri Ramil Usubovun imzaladığı əmrlə polkovnik Ədalət Əsgərov Nəqliyyatda Baş Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinə rəis vəzifəsinə gətirilib.

Qeyd edək ki, Ə.Əsgərov bu posta təyin edilməmişdən əvvəl sözügedən idarədə katibliyin rəisi vəzifəsində çalışıb.