Rusiya XİN rəhbəri Sergey Lavrov ABŞ-ın dövlət katibi Con Kerri ilə telefon danışığı zamanı Suriyada terrorçulara qarşı addımların nizamlanması və atəşkəs rejiminin təmin olunması məsələlərini müzakirə edib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-nin məlumatında bildirilir.

"Suriyada, xüsusən də Hələbdəki vəziyyətin müzakirəsi davam etdirilib. Con Kerrinin iyulun 15-də Moskvaya səfəri zamanı əldə olunmuş razılaşmaların təcrübi reallaşdırılmasına hazırlıq məsələləri müzakirə olunub, - deyə məlumatda qeyd olunub.

Telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.