"Qanun qüvvəsində olan yeni qərarlar 38 min məhbusun sərbəst buraxılmasının yolunu açır".

Unikal.org Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Bəkir Bozdağ fövqəladə vəziyyət rejimi ilə bağlı qəbul olunan iki yeni qərarı şərh edərkən bildirib.

B.Bozdağ deyib ki, qərarlara görə 2016-cı il iyulun 1-də "Cəza və Təhüləkəsizlik tədbirlərinin icrası haqqında qanuna" əlavə olunan müvəqqəti dəyişiklik maddəsi ilə məhkum edilənlər və ya mühakimə olunacaqlar üçün iki əhəmiyyətli dəyişiklik həyata keçiriləcək.

Ədliyyə naziri bu qərarların şamil olunmayacağı şəxslərin siyahısını da açıqlayıb. O bildirib ki, dövlətə qarşı cinayət törədənlər, terrorçuluqda ittiham olunanlar, şəxsi həyata müdaxilə etməyə görə cəza alanlar, qəsdən adam öldürənlər və s. bu kimi cinayətlərə görə mühakimə olunanlar və ya olunacaq şəxslər yeni qərarlardan faydalana bilməyəcəklər: "Bu tədbir əfv deyil və 2016-cı il iyulun 1-dək törətdikləri cinayətə görə mühakimə olunan və olunacaq insanlara şamil ediləcək",