Şüvəlan dəniz çimərliyində iki nəfər boğulub, onlardan birinin meyiti çıxarılıb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, avqustun 16-da Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki dəniz çimərliyində Bakı şəhər sakini Vüsal Qədirov və Masallı rayon sakini Amil Əliyev çimərkən boğulub. V.Qədirovun meyiti çıxarılıb, A.Əliyevin meyitinin tapılması üçün tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.