Lerikdə bədbəxt hadisə baş verib. 

Unikal.org-un APA-ya istinadən məlumatına görə, şəxsiyyəti hələlik məlum olmayan gənc oğlan Talış dağlarındakı şəlalədən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Onun Lənkəran rayon sakini olduğu bildirilir.

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri ölən şəxsin oradan çıxarılması üçün hadisə yerinə gəliblər.