Lənkəranlı gənc Lerik ərazisində çayda çimərkən boğulub.

Unikal.org Region TV-yə istinadən xəbər verir ki, hadisə Lənkəran-Lerik yolunun 25-ci kilometrliyində Sivəkəran kəndində qeydə alınıb.

Lənkəran sakini 18 yaşlı İsmayilov Mirdamat Məhəmməd oğlu yolun kənarındakı çaya enib və aşağı hissədə çimmək istəyib. Bu zaman isə çayda batıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub və meyit təxminən bir saatdan sonra çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.