"Pana Film" "Kurtlar Vadisi Darbe" filmini çəkəcəklərini elan edəndən sonra səsləndirilən ittihamlar davam edir.

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, filmin saytı üçün domeni 15 iyul çevrilişindən iki ay əvvəl aldığı ortaya çıxandan sonra filmin ssenari və adının da bir neçə ay əvvəl patentləşdirildiyi məlum olub.

"Milliyet" qəzetinin yazarı Ali Eyüboğlu "Kurtlar Vadisi"nin baş qəhrəmanı və "Pana Film"in sahiblərindən olan Necati Şaşmaza ittiham dolu mesaj göndərib:

"2 ay əvvəl patentini aldığın ssenari ilə 15 iyul çevrilişinin ssenarisi eynidirmi? Çevrilişi təxmin etmişdinsə, niyə prezidentə və dövlət idarəçilərinə demədin? 13 il əvvəl "Bu, bir mafiya serialıdır" deyərək yola çıxan bir heyətin zaman içində hansı mövzulara müraciət etdiyi bəllidir. 13 ildir kökü xaricdə olan bir quruluşun Türkiyə üzərində hansı oyunlar apardığına dair ssenari yazanların "Darbe"ni görməsi sürpriz deyil. Ancaq bunu 15 iyuldan sonra açıqlamaları qəribədir".