Türkiyənin məşhur müğənnisi Serdar Ortaç həyat yoldaşı Kloe Louqman ilə birlikdə bir alış-veriş mərkəzində olarkən kameraların obyektivinə tuş gəlib.

Unikal.org xəbər verir ki, ulduz müğənni qarşıdakı planlarından danışıb. O yay konsertlərinin davam etdiyini və bu həftə Hatay, Bodrum və Çeşmedə konsertlərinin olduğunu bildirib.

Diqqət çəkən məqamlardan biri isə Serdar Ortaç onunla şəkil çəkdirmək istəyən fanatlarını qırmayıb və şəkillər çəkdirib.