Türkiyədə baş vermiş silahlı hücumdan sonra xəstəxanada dünyasını dəyişən azərbaycanlı avtoritet Rövşən Canıyevin (Lənkəranski) cənazəsi Lənkərana gətirilir.

Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, onun nəşini daşıyan özəl təyyarənin yaxın dəqiqələrdə Lənkəran aeroportuna enəcəyi gözlənilir.

Hazırda aeroportda böyük izdiham müşahidə olunur. Belə ki, onun xeyli sayda qohumu və həmyerlisi Lənkəranskinin nəşini qarşılamaq üçün hava limanına toplaşıb.

Rövşən Canıyevin sabah Lənkəranda dəfn olunacağı gözlənilir. Artıq dünyanın bir neçə ölkəsində, əsasən də Rusiyada yaşayan həmyerlilərimiz dəfn mərasimində iştirak etmək üçün bilet alıblar. Eyni zamanda, oğru dünyasına yaxın nüfuzlu insanların da dəfnlə bağlı Azərbaycana gəlməkdə olduğu haqda məlumatlar var.

Lənkəranskinin cənazəsi Lənkərana gətirilir  -  Aeroportdan foto