Türkiyədə öldürülən azərbaycanlı avtoritet Rövşən Canıyevin (Lənkəranski) cənazəsi Lənkərana gətirilib.

"Qafqazinfonun əldə etdiyi məlumata görə, onun nəşini daşıyan özəl təyyarə artıq Lənkəran aeroportunda eniş edib.

Aeroportda böyük izdiham müşahidə olunur. Hava limanında 2-3 min yerli sakinin olduğu bildirilir. Vətəndaşlar Lənkəranskinin cənazəsini evinə qədər, "Allahu Əkbər" və "Rövşən, Rövşən deyərək yola salırlar.

***

Cənazə Kiçik Bazar məscidinə gətirilib. Meyit səhərə qədər məsciddə olacaq. Məlumata görə, bu müddət ərzində kim istəsə Rövşənin nəşini ziyarət edə bilər. Lənkəranskinin evinin sözügedən məsciddən təxminən 100 metr kənarda olduğu deyilir.

***

Cənazənin artıq məscidin içərisinə aparıldığı deyilir. Amma məscidin həyətinə mərhumun qohumlarından başqa, digər şəxslər buraxılmır.

***

Şəhər sakinləri hissə-hissə məscidə daxil olaraq məhrumla vidalaşıb, məscidi tərk edirlər.






Unikal.org Rövşən Canıyevin nəşinin yola salınma mərasimindən çəkilmiş videonu Qafqazinfo-ya istinadən  təqdim edirik: