Lənkəran şəhərinə xüsusi təyinatlı polis dəstələri göndərilib.

Unikal.org qaynarifno.az-a istinadən bildirir ki, bu barədə məlumat hüquq-mühafizə orqanlarından daxil olub.

Hazırda Lənkəranda nəzarət ən yüksək səviyyəyə çatdırılıb. Buna səbəb tanınmış kirminal avtoritet Rövşən Lənkəranskinin dəfnidir.

Rövşən Lənkəranski doğulduğu Lənkəran şəhərində dəfn ediləcək. Dəfn mərasimində tanınmış "vor zakon"ların iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, Rövşən Lənkəranski avqustun 17-də Türkiyənin İstanbul şəhərində naməlum şəxslər tərəfindən güllələnib. O, İstanbul Şişli Etfal xəstəxanasına çatdırlsa da, həyatını xilas etmək mümkün olmayıb.