Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində naməlum şəxslər tərəfindən güllələnərək öldürülən Rövşən Lənkəranskinin nəşi vətəninə gətirilib.

Unikal.org  xalq.az-a istinadən bildirir ki, minlərlə insan Lənkəranskinin nəşini Lənkəran hava limanında qarşılayıb.

Rövşən Lənkəranskinin nəşini İstanbuldan şəxsi təyyarəsi ilə gətirən Türkiyənin tanınmış iş adamı "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov da təyyarə ilə Lənkərana gəlib.

Mübariz Mənsimov bu gün Rövşən Lənkəranskinin dəfn mərasiminə iştirak edəcək.