Unikal.org primetime.az-a istinadən xəbər verir ki, ötən gün məşhur avtoritet Rövşən Lənkəranskinin rəhmətə getməsi hər kəsi sarsıdıb. Onun ölümünə kədərlənənlərdən biri də estrada müğənnisi Nadir Qafarzadə olub. Müğənni İnstaqram hesabından üzüntüsünü bu sözlərlə dilə gətirib:

"Bu xəbər bir vətəndaş olaraq məni çox sarsıtdı. Tanışlığımız olmasa da, eşitdiyimə görə, çox cəsur, qeyrətli bir oğulu, Rövşən qardaşımızı itirdik... Rəhmətliyin toyunu illər öncə mən oxumuşdum. Toyunda "xoşbəxt ol, mübarək olsun toyun" dedim. Bəs indi nə deyim?! Allah yaxınlarına səbir versin. Başın sağ olsun, Azərbaycan! Xalqımızın axır qəmi olsun..."