Şəmkirdə bədbəxt hadisə baş verib.

Unikal.org-un DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 18-də Şəmkir rayonunun Çinarlı qəsəbəsində yaşayan 4 yaşlı Fidan Məmmədova su arxına düşərək boğulub. Uşağın meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.