Aktrisa Fatma Alev Tekoğulun avtomobili idarəetmədən çıxaraq öncə yolayrıcına, daha sonra qarşıdan gələn başqa bir avtomobillə toqquşub.

Unikal.org axsam.az-a istinadən xəbər verir ki, hadisə zamanı onun avtomobili iki yerə bölünüb.

Ağır qəzada 57 yaşlı aktrisa dünyasını dəyişib. Aktrisanın qızı, həmçinin digər avtomobilin sürücüsü, həyat yoldaşı və qızı isə müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.

Qəzaya görə yolda nəqliyyatın hərəkəti 1 saatdan çox dayanıb.

Aktrisa yol qəzasında öldü - FOTO

Aktrisa yol qəzasında öldü - FOTO

Aktrisa yol qəzasında öldü - FOTO