Lənkəranskinin ölümü ilə bağlı Rusiya təhlükəsizlik qüvvələrinin əməkdaşı "Rosbalt agentliyinə açıqlama verib.

Unikal.org Publika.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, Rövşənin qətli qisas xarakterli olub.

O deyib ki, "Kabus" ləqəbli Lənkəranski "Ded Hasan" ləqəbli Aslan Usoyanın ölümündə şübhəli bilinirdi. Rusiaya mafiyasının əsas simalarından olan "Ded Hasan"ın ölümü ilə yeraltı dünyada qarışıqlıq yaranıb. Mafiya başçıları "Ded Hasan"ın ölümündə Rövşən Lənkəranskini günahlandlırdıqlarına görə, o, Rövşən Əliyev pasportu ilə Türkiyəyə gələrək İstanbulda məskunlaşıb.

Agentliyin iddiasına görə, Lənkəranski öldürüldüyü gecə tabeçiliyində olan mafiya üzvləri ilə görüşüb. Onların arasında "Çipa" ləqəbli Teymur və Dato Çuradze də olub. Görüşdən sonra şəxsi avtomobili ilə oteldən ayrılan Lənkəranski qətlə yetirilib.

"Rosbalt xəbər agentliyinə görə, sui-qəsdin arxasında Laşi Şuşanaşvili, Yuri Piçuqin, Vasili Xristoforov və Nadir Səlifov (Lotu Quli) adlı mafiya üzvləri var. Bu şəxslərin sui-qəsd üçün Türkiyədə kürd silahlılarına vəsait ödədiyi bildirilir.

Hüquq mühafizə orqanları Lənkəranskinin qətlini Başakşehirdə öldürülən azərbaycanlı iş adamı Əli Həmidov cinayətinin qisası ola biləcəyini də istisna etmir.