Dağıstanın Kumtorkalinskiy kəndində yaşayan yaşlı sakinlərdən biri təxminən yüz ilan öldürüb.

Unikal.org Publika.az-a-a istinadən xəbər verir ki, Səqibə İslamməhəmmədova adlı 60 yaşlı qadın kartof əkən zaman təsadüfən xırda ilanların yuvasını tapıb. Yaşlı qadın əlindəki bellə dərhal ilanları əzərək öldürməyə çalışıb. İlanlardan bəziləri qaçmağa nail olsa da qadın 100-ə yaxınını öldürüb. Onun yaxınlarından biri baş verən hadisəni internetdə paylaşıb.

Həmkəndlilər qadının göstərdiyi bu "igidliyə" rayonun icra hakimiyyətindən onun təltif olunmasını istəyib. Lakin yerli bioloqlar baş verənlərdən çox narazıdır. Onların fikrincə, 100-ə yaxın ilan öldürən yaşlı qadın ekologiyaya böyük ziyan vurub. Mütəxəssislər bildiriblər ki, qadın zərərsiz heyvanları öldürüb, belə ilanlar heç bir təhlükə yaratmır, əksinə, gəmiriciləri yeyərək fayda gətirirlər. Bu hadisədən sonra bioloqlar analoji hadisənin təkrarlanmaması üçün Kumtorkalinskiy rayonunun yerli əhalisi ilə görüşüb bu növ ilanların təhlükəsiz olduğunu izah ediblər. Səqibə İslamməhəmmədova isə qorxulu heç nə baş vermədiyini ilanların ona kartof əkməyə mane olduğunu deyib.