Türkiyənin məşhur aktrisası Pınar Altuğ, ötən gün qızı Suyla Bodrum-Türkbükünde görüntülənib. Unikal.org xəbər verir ki, günlərinin böyük hissəsini həyat yoldaşı Yağmur Atacan və qızları ilə birlikdə gəmisində keçirən məşhur aktrisa, qarşılaşdığı müxbirlərə gülümsəyərək poza verib. Su isə şəkillərinin çəkilməsindən çox da xoşlanmayıb. Su kameralara üzünü çevirib.