ABŞ-da beş məhbusun qiyamı nəticəsində 6 mühafizəçi xəsarət alıb.

Unikal.org AzVision.az-a istinadən xəbər verir ki, hadisə ötən gecə İllinoys ştatının Pontiak şəhərində baş verib.

Mühafizəçilərə müvafiq tibbi yardım göstərilib, həyatı təhlükələri yoxdur. Sərt rejimli cəzaçəkmə müəssisəsində yalnız kişi məhbuslar saxlanılır.

Həmçinin hadisənin hansı səbəbdən baş verməsi barədə də dəqiq məlumat verilmir.