"FETÖ ilə mübarizədə Türkədən kənarda 2 ölkədə əməliyyat aparılıb. Bu ölkələrdən biri Azərbaycanda Güənlə əlaqəsi olan 4 nəfər nəzarət altına alınıb.

Unikal.org "A24.aza istinadən xəbər verir ki, bu sözlər Türkiyənin"CNN Türkkanalında səsləndirilib.

Azərbaycan prokurorluğundan verilən açıqlamaya görə, bu 4 nəfər bir mobil telefon şirkətində çalışırmış. Bəzi obonentlərə aid şəxsi məlumatları və zəngləri başqalarına ötürərək öz vəzifələrindən sui-istifadə etdiklərinə görə təqsrləndirilirlər. Araşdırma zamanı nəzarət altına alınan şəxslərdən birinin evində aparılan axtarışda bir neçə dini kitab, disklər, Fəthullah Gülənin danışıqları olan broşurlər də ələ keçirilib.

Gülən məktəblərinin olduğu ölkələrdən digəri Qazaxıstandır. Belə ki, bu ölkədə FETÖ ilə əlaqəsi olan Qazax türk təhsil vəqfinin tərkibində olan məktəblər bir ay ərzində araşdırılacaq.

"TRT Haberkanalında isə Azərbaycanda başladılan FETÖ araşdırması ilə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun açıqlaması verilib. Açıqlamasında Azərbaycandakı FETÖ quruluşunun bütün ayrıntıları ilə ortaya çıxarılacağını bildirən Novruz Məmmədov, 15 iyul dövlət çevrilişinə cəhddən sonra FETÖ-nün fəaliyyətləri ilə bağlı Azərbaycanda əhatəli araşdırmalar aparıldığını bildirib, FETÖ-nünü Azərbaycandakı bütün tərəfdarlarının üzə çıxarılacağını söyləyib. Məmmədov təşkilatın Azərbaycan dövlətinə zərər vermə cəhdlərinin qarşısının alınacağını da qeyd edib.

Türkiyənin"atv HBRkanalı FETÖ ilə əlaqəsi olan və saxlanılan 4 nəfərin adlarını açıqlayıb.

Araşdırma zamanı BakCell şirkətində baş mühəndis vəzifəsində çalışan Şahin İsrailov Azərfon şirkətinin çağrı mərkəzində operator olaraq işləyən Fuad Əhmədli ilə, AzərCELL Telekomda müştəri xidmətlərində çalışan Etibar Musayevin çoxlu sayda abonentin şəxsi və zəngləri ilə bağlı məlumatları qanundan kənar yollarla əldə edərək Vüqar Qasımov adlı şəxsə göndərdikləri aşkarlanıb.

Türkiyənin müxtəlif kanallarında yayımlanan xəbərlərin videoçarxını tədim edir: