Bakının Şüvəlan qəsəbəsində evdə partlayış olub.

Unikal.org Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, avqustun 22-də saat 04 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsində yaşayan Sakit Quliyevin evində təbii qazın sızmasından partlayış baş verib.

Nəticədə xəsarət almış S.Quliyev, həyat yoldaşı Sona, qızları Səma, Əsmər və oğlu İlham xəstəxanaya yerləşdirilib.