Abşeron rayonu Masazır qəsəbəsində qaz sayğacları oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 19-da rayon sakinləri Vicay Babayevə və Esmiralda Nuriyevaya məxsus qaz sayğaclarını oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakini Sənan Abbasov tutulub.