Prezident İlham Əliyev R.Z.Əbdürəhmanova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında
sərəncam imzalayıb.

Unikal.org AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Rauf Zakir oğlu Əbdürəhmanova general-mayor ali hərbi rütbəsi verilsin".