Türkiyənin tanınmış aktyoru Berk Oktay evlənib. Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənc qızların sevimlisi, məşhur aktyor 5 ildir birlikdə olduğu sevgilisi ilə nəhayət dünən nikah masasına əyləşib.

Onun evlənmə xəbəri sosial şəbəkədə də geniş müzakirə mövzusu olub. Hətta "Berk Oktay evləndi, gənc qızlar üzüldü dəyə yazılar da paylaşılıb.

Qeyd edək ki, o sonuncu dəfə "İlişki durumu karışık serialında baş rolda oynayıb.