Türkiyənin məşhur aktrisası Nurgül Yeşilçay haqqında çıxan xəbəri qətiyyətlə yalanlayıb. Unikal.org xəbər verir ki,  N.Yeşilçayla tanınmış müğənni və aktyor Özcan Dənizin sevgi münasibətlərinin olması ilə bağlı iddia ortaya atılıb. 

Hazırda onlar "İkinci Şans  adlı filmdə yenidən birlikdə rol alıblar.  

Sosial şəbəkə  Ö.Dənizlə olduqca səmimi şəkillərini paylaşan 40 yaşlı aktrisaya "aranızda sevgi ola bilərmi? sualı verilib. 

N.Yeşilçay isə belə şeyin mümkün ola bilməyəcəyini söyləyib:

"Biz daha öncə də eyni filmdə rol aldıq. Elə şey ola bilməz.

Qeyd edək ki, rejissorluğunu da Özcan Dənizin etdiyi "İkinci Şans filmi noyabrda təqdim olunması gözlənilir.