ABŞFətullah Gülənin ekstradisiyası ilə bağlı Türkiyə ilə əməkdaşlığı əhəmiyyətli hesab edir. Bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.
Unikal.org azadliq.info-ya istinadən xəbərinə görə, o qeyd edib ki, rəsmi Vaşinqton və Ankara arasında ekstradisiya haqqında müqavilə artıq 30 ildir qüvvədədir. Ernest sözlərinə görə,ABŞbu sazişə sadiqir.

"Gülənin ekstradisiyası ilə bağlı iki ölkə arasında mühüm əməkdaşlığı artıq siz də görürsünüz, - deyə o bildirib.

Ağ Ev rəsmisi əlavə edib ki,Ədliyyə Nazirliyinin nümayəndələri artıq Türkiyəyə səfər edib.

"Ekstradisiya prezidentin həll etdiyi məsələ deyil. Bu, saziş çərçivəsində qəbul olunur. Buna görə də, prosesəƏdliyyə Nazirliyinin nümayəndələri də cəlb edilib, - deyə Coş Ernest vurğulayıb.

Ernest bu məsələninABŞ-ın vitse-prezidenti Cozef Baydenin Ankaraya yaxın vaxtlarda baş tutacaq səfəri zamanı müzakirə olunacağını istisna etməyib.