Bu gün səhər saatlarında aeroport yolunda eyni vaxtda üç yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən məlumatına görə, keçmiş "Komsomol dairəsi adlanan ərazidəki körpüdə bir neçə avtomobil toqquşub.

Körpünün girişində "Mercedes və "Mitsubishi markalı avtomobillər, üstündə isə iki "Mercedes markalı maşın toqquşub. Bundan başqa, körpünün üzərində üç "Mercedes və bir "Volkswagen markalı avtomobillər bir-birinə çırpılıb.

Ölən və ya xəsarət alanlar barədə məlumat olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Yolda qısamüddətli tıxac yaranıb.

Hazırda ərazidə araşdırma aparılır.