Aktyorlar Fərda XudaverdiyevvəMüşviq Şahverdiyev 10 ildən sonra "Niyə?" adlı film üçün yenidən kamera qarşısına keçəcəklər.

Unikal.org axsam.az-a istinadən bildirir ki,açıqlama verən F.Xudaverdiyev "Niyə? - 2"nin martda təqdim olunacağını deyib:

"On ildən sonra filmin ikinci hissəsini çəkmək qərarına gəldik. Ssenari mənə məxsusdur. Dünən bitirib, təhvil verdim. Operator Polşadan dəvət olunub. Bu gündən kastinqlərimiz başlayıb. Həm peşəkar, həm də istedadına güvənən gənc aktyorlar müraciət edə bilərlər. Avqustun sonuna kimi heyət dəqiqləşəcək. Sentyabrın ilk günləri isə çəkilişlərə başlayacağıq. Ekran işinin bir hissəsini Bakıda, qalanını isə bölgələrimizdən birində lentə alacağıq".