Gəncə şəhərində yerləşən"Yeni Gəncə tibb mərkəzində17 yaşlı qızın cərrahiyyəəməliyyatı zamanıölüm anını əks etdirən videogörüntülər yayılıb.

Unikal.org xəbər verir ki, "Report tibb mərkəzinin müşahidə kamerasına düşmüşhəmin görüntüləri təqdim edir. Görüntülərdə qıza ürək masajı edildiyi, daha sonra oksigen verildiyi görünür.

Xatırladaq ki, Gəncə şəhər sakini 17 yaşlı Aygül Orucova burnundan estetik əməliyyat edilən zaman narkozdan ayılmayıb. Həkimlər tərəfindən göstərilən tibbi yardımlara baxmayaraq gənc qızın həyatını xilas etmək mümkün olmayıb.

Gəncə şəhər ProkurorluğundaCinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.