"İşdən çıxmış adamam. Heç bir təklif yoxdur. İstilərdən özümü qorumaqla məşğulam".

Unikal.org xəbər verir ki, bu sözləri teleqraf.com-a açıqlamasında "Moşu Güyəzənli" kimi məşhurlaşan xalq artisti Valeh Kərimov deyib.
Sentyabr ayında "Ölülər XXI əsr" filmində yaratdığı mənfi obrazla tamaşaçıların görüşünə gələcəyini deyən Valeh Kərimov aktyorun rolun öhdəsindən gələ biləcək potensiala malik olmasını vacib hesab edir:
"Aktyor üçün rolun nə mənfisi, nə müsbəti... Əsas olan onu oynaya biləcək potensialın olmasıdır".
"Ekranda ilk mənfi rolunuzdurmu?" sualımıza cavab verən aktyor buna heç vaxt diqqət etmədiyini deyib:
"Dəqiq deyə bilmərəm. Mənə nə verirlərsə, onu da oynayıram. Hazırda isə nə serial, nə də film təklifi var. İşdən çıxmış adamam. Mənim plan qurmağımla heç nə həll olunmur, gələn təkliflərə uyğun işimizi qururuq".