Göyçay rayonunun Yekəxana kəndində keçirilən toy mərasimində kütləvi qida zəhərlənməsi baş verib.
Unikal.org "Report"a istinadən bildirir ki, toyda 40-a yaxın vətəndaş zəhərlənib.
Zəhərlənmiş insanlar Göyçay rayon Qaraməryəm kənd sahə xəstəxanasına və Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib.

İlkin ehtimallara görə, zəhərlənmənin toyda verilən şirələrdən qeydə alınıb.

Hazırda araşdırma aparılır.