İTV-nin aparıcısı Kamran Quliyev yay istirahətindən "On/Off" hazırlayıb. 

Unikal.org bildirir ki, axsam.az-a açıqlama verən aparıcı necə dincəlməsindən bəhs edib. 

K.Quliyev bildirib ki, yeni mövsümdə maraqlı layihələr etmək üçün enerji toplayıb:

"On/Off"u özüm hazırlamışam. Dostlarım yay istirahətimin necə keçdiyini soruşanda, bunu göstərəcəm. Videoda Antalya, İstanbul və Bakıdakı istirahətlərimdən görüntülər var. İstədiyim kimi dincəldim, yorğunluğum çıxdı, enerji topladım. Əvvəl Avropa turuna çıxacaqdım, amma baş tutmadı. İndi deyirəm ki, nə yaxşı alınmadı. 

İstirahətdən qayıdan kimi tədbirlərlə bağlı görüşlərim başladı. Qrafik qurmuşam, hər gün işlə bağlı iki nəfərlə görüşəcəm. İşin çoxluğu məni qorxutmur, əksinə, həvəslənirəm. İşimdən həzz alıram". 

Azərbaycanlı aparıcının "On/Off" videosu