Gəncədə ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki,hadisə şəhərin "Poçt qəsəbəsi" adlanan ərazisində qeydə alınıb. Şəhər sakini 1989-cu il təvəllüdlü Sahib Namazov idarə etdiyi "QAZ 31" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən 2011-ci il təvəllüdlü Bünyamin Elnur oğlu Rəsulovu vurub. Ağır bədən xəsarətləri alan 5 yaşlı uşaq xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.