Sumqayıtda həkim 5-ci mərtəbədən yerə düşən uşağı necə tutması barədə danışıb.

Unikal.org xəbər verir ki, Təcili Tibbi Yardım Stansiyasının həkimi olan Çiçək Cahangirova başına gələnləri belə deyib:

"İşdən çıxıb evə gedirdim. Yolu keçərkən gördüm ki, bir uşaq anasını qışqıraraq çağırır. Bu mənim diqqətimi çəkdi. Baxanda gördümki uşaq anasın 5-ci mərtəbədən çağırır. Yaxınlaşıb uşağın balkonda sallandığını gördüm. Məndə ətrafdan kömək üçün çığırmağa başladım. Heç kim köməyə gəlmədi. Əllərimi açdım və uşaq qucağıma düşdü. İkimizdə yıxıldıq. Amma Şükürlər olsun ki, nə mənə nədəki uşağa heç nə olmadı.

Xatırladaq ki, Sumqayıtda filmləri xatırladan qeyri adi hadisə baş verib. Hündür binadan düşən uşağı yoldan keçən bir qadın göydə tutub. Güclü zərbədən qadın yerə yıxılsa da, onların heç biri ciddi zədə almayıb.

İnanılmaz hadisə...5-ci mərtəbədən yıxılan uşağı yerə düşməmiş bir həkim tutub. Hər kəsi heyrətləndirən hadisə bu gün günorta saatlarında Sumqayıt şəhərində olub. 3-cü mikrorayon, ev 11/18- ünvanında 5-ci mərtəbədə evdə tək olan uşaq balkona çıxıb. Orada oynayarkən qəfildən aşagı düşüb.

Şahidlərin sözlərinə görə 3 cü mərtəbədə qonşu döşək səribmiş, oraya düşüb sürət azalıb, sonra sürüşüb. Uşağın əlləri 2 ci mərtəbədə paltar qurutmaq için istifadə olunan ipə ilişib. Bu zaman yoldan keçən həkim Çiçək Cahangirova uşagın sallandıgını görüb. Təcili Tibbi Yardım stansiyasınınn həkimi olan Çiçək Cahangirova özünü itirmədən onu yerə düşməmiş göydə tutub.

Güclü zərbədən qadın yerə yıxılsa da, heç biri ciddi zədə almayıb. uşağın həyatını xilas edən həkim çiçək cahangirova vaxt itirmədən uşağı yaxınlıqdakı Təcili Yardım Stansiyasına çatdırıb. Oradan da 5 yaşlı Cavidi uşaq xəstəxanasına aparıblar.Həkimlərin sözlərinə görə Caviddə heç bir ciddi zədə müşahidə olunmayıb və o özünü normal hiss edir. sadəcə əli ipə ilişdiyi üçün zədələnib.