Bu gün gecə saatlarında yanacaq doldurma məntəqəsində yanğın baş verib.

Unikal.org FHN-in saytına istinadən xəbər verir ki, yanğın Masallı rayonu, Şərəfə kəndində baş verib. Vətəndaşa məxsus hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 100 m² olan "Şərəfə" petrol yanacaq doldurma məntəqəsinin ofis otağının döşəməsi 4 m² sahədə və bitişik talvarın yanar konstruksiyaları 12 m² sahədə yanıb. Yanğından yanacaq doldurma məntəqəsinin qalan hissəsi mühafizə olunub.

Yanğın saat 03:44-da yanğınsöndürənlər tərəfindən söndürülüb.