"Bəli! Bu işə öz mövqeyini nümayiş etdirdi!"

Keylor Kard Facebook-da paylaşdığı videonu belə adlandırıb.

ABŞ-ın Corciya ştatındakı Yanq Harris şəhərciyində yaşayan Mayk Kard səhər saatlarında evdən çıxıb işə yollananda yolun kənarında qızının maşınını görür.

Qırmızı rəngli Audi-də oturmuş Eşlin bir gənc oğlanla öpüşürdü.

Bundan sinirlənən Mayk kiçik buldozerinə minir və maşına tərəf yönəlir.

Eşlinlə sevgilisi qəzəblənmiş Maykı görəndə maşından düşüb qaçırlar.
Mayk isə qızının 13 min dollarlıq maşınını buldozerin qarşısına qatıb əzir, çevirir.

Maşın xurd-xəşil olub.
Baş verənləri Maykın oğlu Keylor Kard çəkib və Facebook-da paylaşıb.