Xızı rayonunda su kanalından meyit tapılıb.

Unikal.org DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 26-da Samur-Abşeron su kanalının Xızı rayonunun Giləzi qəsəbəsi ərazisindən keçən hissəsində Şabran şəhər sakini Fərhad Orucovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Onun iyunun 6-da Şabran RPŞ tərəfindən itkin düşmüş kimi axtarışda olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.