İtaliyada bir neçə gün bundan öncə baş vermiş zəlzələdən sonra bu ölkədən olan mütəxəssislər yüksək proqnoz qabiliyyətinə malik xüsusi qurğunu son sınaqlardan keçirməyə hazırlaşırlar.

Unikal.org azertag saytına istinadla xəbər verir ki, bu yeni qurğu baş verə biləcək təkanlar zamanı dağıntının və ölüm sayının həftəlik proqnozunu verə biləcək. Bu sistemin nə dərəcədə etibarlı olması uzun müddət müzakirə mövzusu olsa da, ekspertlər belə bir qurğu ilə gələcəkdə baş verə biləcək fəlakətlərin vuracağı ziyanı nisbətən azaltmağın mümkünlüyündən danışırlar.

İtaliya Sivil Müdafiə Departamenti hazırda qurğunun ötürəcəyi proqnozları daha dəqiq şəkildə müəyyən etmək istiqamətində araşdırmalar aparır. Ekspertlər qrupunun başçısı Lunio Lervolino baş verəcək təkanları təşviş yaratmadan əhaliyə çatdırmağın əsas məqam olduğunu deyib. Bildirib ki, bu zaman olduqca həssas və diqqətli yanaşma tətbiq edilməlidir.