Goranboy rayonunda bıdbəxt hadisə baş verib.

Unikal.org "Report"a istinadən bildirir ki,rayonun Dəliməmmədli şəhəridə avtomobil təmiri sexlərinin birində çilingər işləyən Ramiz Həsənov maşın təmir edərkən, ehtiyatsızlıqdan nəqliyyat vasitəsinin altında qalaraq dünyasını dəyişib.

İlkin ehtimala görə, mərhum təmirə dayandırılan maşını kustar üsulla hazırlanan daşların üzərinə çıxardaraq iş görmək istəyib. Bu zaman avtomobil daşların üzərindən 48 yaşlı ustanın üzərinə düşüb. Meyit aidiyyəti qurumlarda müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.