Türkiyədə qadın polislərin öz uniformalarının bir hissəsi kimi hicab geyinmələrinə icazə verilib.

Unikal.org "Report"a istinadən bildirir ki,bu barədə şənbə günü "Resmi Gazete" məlumat yayıb.

Qəzetdə dərc olunan qərara əsasən, qadın polis işçiləri əsas baş geyiminin altından uniforma rəngində olmaq və üzərində heç bir cizgi olmamaq şərti ilə yaylıq bağlamaq hüququ əldə ediblər.