Türkiyəyə məxsus iki tank Suriyanın Carablus şəhəri yaxınlığında raket atəşinə tutulub, bir hərbçi həlak olub, 3 nəfər yaralanıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, bu barədə "Frans Press məlumat yayıb.

Qeyd edək ki, Türkiyə ordusu avqustun 4-də Suriya müxalifəti və beynəlxalq koalisiyanın təyyarələrinin dəstəyi ilə Carablus şəhərini İŞİD-dən azad etmə əməliyyatına başlayıb.

Carablus şəhəri sutka ərzində Azad Suriya Ordusunun nəzarətinə keçib.