UEFA Avropa Liqasının qrup mərhələsində ölkəmizi təmsiledən "Qəbələ" və "Qarabağ"ın rəqib meydançalarında keçirəcəkləri matçlarının başlama saatları məlum olub.

Unikal.org "Report"a istinadən bildirir ki, Ağdam klubunun Avropa Liqasının qrup mərhələsində ilk səfər oyununu "Fiorentina"ya, "Qəbələ" isə "Anderlext"ə qarşı keçirəcək.

15 sentyabr

21:00 "Anderlext" - "Qəbələ"

29 sentyabr

21:00 "Fiorentina" - "Qarabağ"

20 oktyabr

23:05 "Sent-Etyen" - "Qəbələ"

3 noyabr

23:05 "PAOK" - "Qarabağ"

24 noyabr

21:00 "Slovan" - "Qarabağ"

8 dekabr

21:00 "Maynz" - "Qəbələ"

Qeyd edək ki, təmsilçilərimizin ev oyunlarının başlama saatları haqqında son qərar UEFA tərəfindən avqustun 30-da veriləcək.