Samuxun Burunqovaq kəndində Meşə Mühafizə və Bərpa Müəssisəsinə məxsus ərazidə ağaclar, kol-kos və qamışlıq 25 ha sahədə yanıb.

Unikal.org-a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.