Türkiyənin Suriyanın şimalında start verdiyi "Fərat qalxanı hərbi əməliyyatı çərçivəsində bombardımançı təyyrələrdən istifadə edilməsinə başlanılıb. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, türk təyyyarələri bu gecə Cerablusun cənubundakı Menbiç qəsəbəsini bombalayıb. Hədəf ərazidə toplanmış YPG qüvvələri olub.

Suriya İnsan Haqqları Monitorinq təşkilatından Türkiyə tərraələrinin Cerablusun şimalını bombalandığı təsdiqlənib. Bildirilib ki, əməliyyat çərçivəsində yeni hədəf Hələb və Azez arasnda yerləşən və İŞİD-in əlində olan Mare bölgəsidir.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyə Suriyanın Cerablus bölgəsinə əlavə hərbi qüvvələr göndərib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, iki tankın müşayiəti ilə hərbi sursat yüklənmiş yük maşını və zirehli maşın karvanı Türkiyə-Suriya sərhədini keçərək Cerablusa istiqamətlənib.

Dünən isə Cerablus şəhərindən 7 km cənubda PKK terror təşkilatının Suriya qolu PYD-nin silahlı qanadı olan YPG tərəfindən Türkiyə Silahlı Qüvvələrinin tanklarından biri vurulub. Nəticədə bir əsgər şəhid olub, 3 əsgər yaralanıb. Bu, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi "Firat qalxanı" əməliyyatı çərçivəsində ilk şəhiddir. Gecə ərzində Türkiyə Silahlı Qüvvələri Cerablusun cənubundakı hədəflərə tank və artilleriya qurğularından zərbələr endirib.