Bu gün Türkiyə ordusu daha bir hərbçisini itirib. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Hakkari-Van yolunda PKK terrorçularının quraşdırdığı partlayıcını zərərsizləşdirmək istəyən hərbçilər pusquya düşüb. Uzaqdan idarə edilən qurğunun işə düşməsi nəticəsində bir hərbçi şəhid olub, daha 3 hərbçi isə yaralanıb.

Ərazidə genişmiqyaslı əməliyyat start verilib.