Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu yunan həmkarı Nikos Kosiasın dəvəti ilə Yunanıstana qeyri-rəsmi səfər edib.

Unikal.org Axar.az-a  istinadən xəbər verir ki, rəsmilərin Girit adasında görüşdüyü bildirilib.

Məlumata görə, Kosias türk həmkarını otelin girişində qarşılayıb.
Hər iki nazirin səmimi söhbətdən sonra restoranda əyləşdikləri məlum olub.
Qeyd edək ki, bu səfər Yunanıstanda gizlənən qiyamçıların təhvil alınması məsələsində böyük önəm kəsb edir.