Bu gün Salyan şəhərində orta məktəbin ərazisində yerləşən ümumi sahəsi 56 m2 olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 26 m2 sahədə yanıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın saat 16:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.