Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölüm cəzası ilə bağlı çağırışını bir daha dilə gətirib.

Unikal.org qafqazinfo-ya istinadən bildirir ki, Qaziantep şəhərindəki yürüşə qatılan dövlət başçısı çıxışı zamanı deyib ki, cəzanın bərpası Türkiyədə çoxluğun arzusunun həyata keçməsi olacaq.

Parlamentə xitab edən Ərdoğan deyib: "Mən sizin tələbinizi bir daha parlamentə daşıyıram. Onlar məsələni nəzərdən keçirib, qərar verməlidir. Əgər edam qərarı önümə gələrsə, mən onu təsdiq edəcəyəm".