Özbəkistan prezidenti İslam Kərimov beyninə qan sızması nəticəsində reanimasiyaya yerləşdirilib.

Unikal.org RBK-ya istinadən xəbər verir ki, bu barədə prezidentin qızı Lola Kərimova-Tillyayeva "Instagram" və "Facebook"dakı səhifəsində yazıb.

O, İ.Kərimovun beyninə qan sızması diaqnozu ilə avqustun 27-də səhər saatlarında xəstəxanaya yerləşdirildiyini yazıb. Prezidentin qızı atasının gələcək vəziyyəti barədə proqnoz verməyin hələ tez olduğunu da sözlərinə əlavə edib.