Pentaqon Cerablusun cənubundakı vəziyyəti narahatlıqla izlədiyini açıqlayarkən Türkiyənin bölgədəki fəaliyyətinin ABŞ ilə koordinasiyalı olmadığını bir daha xatırladıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi İŞİD-in olmadığı bu bölgədə silahlı qarşıdurmaları qəbuledilməz hesab edib.

Xatırladaq ki, vaxtı ilə İŞİD-in nəzarətində olan Cerablus Türkiyə silahlı qüvvələri və Azad Suriya Ordusu tərəfindən terrorçulardan təmizlənib. Hal-hazırda da Türkiyənin döyüş təyyarələri, tankları İŞİD və YPG tərəfindən nəzarət altında olan Cerablusun cənub və qərbindəki bölgələri terrorçulardan təmizləmək üçün əməliyyatlarını davam etdirir.

Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Co Baydenin Türkiyə səfəri zamanı Cerablus əməliyyatını ABŞ-ın dəstəklədiyini ifadə etmişdi. Daha sonra ABŞ tərəfi YPG-yə kəşfiyyat dəstəyini dayandırdığını açıqlamışdı.